On yeddi yaşlı Kənan Məmmədov itkin düşüb.
Unikal.org xəbər verir ki, bu barədə qafqazinfo-ya məlumatı itkin düşmüş şəxsin qohumları verib. Onlar bildiriblər ki, K. Məmmədov sonuncu dəfə dekabrın 1-də məşqə getmək üçün evdən çıxıb və bir daha geri qayıtmayıb.
Ailə Yasamalda yaşayır. İtkin düşmüş şəxsin özünəqapanıq biri olduğu və peşə məktəbində aşpazlıq öyrəndiyi bildirilib. Polisə müraciət olunub, axtarış aparılır.