İsveçrə gündəmi Güney Azərbaycan türkü olan miqrantı təhqir edib, döyən polislər hadisəsi ilə çalxalanır. Ölkə mətbuatının əsas mövzusu da budur.
Unikal.org Musavat.com-a istinadən xəbər verir ki, İsveçli polislərin təzyiqinə məruz qalan və 16 ildir İsveçdə yaşayan təbrizli miqrant Əhəd Nobəxt mətbuata açıqlamasında bunaları deyib:
"Köçkün düşərgəsində bir dava oldu. O anda bir neçə polis bizim olduğumuz yerə gəldi. Mühafizəçilər polislərə məni göstərdi və polislər mənim üzərimə hücum etdi. Daha sonra məni məcbur maşına mindirərək meşəyə apardılar və orada məni maşından sürüyüb, atdılar. Yolda gedərkən polislərlə aramızda danışıqları telefonuma qeyd etdim. Polislər, ərəb olmadığım halda "geri dön ölkənə, şeytan ərəb" deyə üstümə qışqırdılar. Bütün səs danışıqları telefonumda qeyd olunub ".
İsveç təhlükəsizlik xidmətindən hadisə ilə əlaqədər araşdırmalara başlandığı və qısa müddətdə polislərin məsulliyətə cəlb olunacağı qeyd edilib.
Döyülən miqrant keçən ay düşərgədə çıxan bir yanğında , yanğına ilk müdaxilə edən adam olaraq xilas etmə müdirliyindən mükafat almışdı.
İsveçdə yaşayan jurnalist Rahim Sadiqbəyli musavat.com-a deyib ki, bu hadisəni böyük üzüntü ilə qarşılayıb: "Əhəd bizim Əhəd Kigboxing üzrə dünya çempionudur . Həm də Yanğından Mühafizə İdarəsinin əməkdaşıdır. 16 ildir İsveçdə yaşayır. Polislərin hərəkəti tolerant İsveç cəmiyyətini də pis vəziyyətdə qoyur. Eyni zamanda, bu ölkədə faşizm meyllərinin, dözümsüzlüyün cücərdiyini göstərir".