Bakı Metropolitenində 40 yaşlı kişi ölümdən son anda qurtarıldı.
Unikal.org xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib: "Bu gün saat 18:45-də 1977-ci il təvəllüdlü, Bakı şəhər sakini Nuriyev Sabir Siyavuş oğlu həyatını təhlükəyə ataraq 14 saylı marşrut üzrə hərəkət edən qatarın 1-ci və 2-ci vaqonların arasında getməyə cəhd göstərib. Metropoliten əməkdaşları "Gənclik" stansiyasında hadisənin qarşısını almaqla yanaşı yaşana biləcək bədbəxt hadisəyə də mane olublar. Adıçəkilən şəxs polis əməkdaşlarına təhvil verilib. Bakı metropolitenində poliş şöbəsinin əməkdaşları tərəfindən faktla bağlı araşdırma aparılır.
O, sərnişinlərə müraciət də edib: "Bakı metropoliteni" QSC sərnişinlərdən bir daha xahiş edir ki, bu cür təhlükəli hallara yol verməsinlər və metropolitendən istifadə qaydalarına riayət etsinlər."