Havanın işıqlanması ilə ermənilərin vurduğu ziyan üzə çıxır.
Bu gecə Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində dinc sakinlərin fərdi yaşayış evlərini artilleriya atəşinə tutması nəticəsində çox sayda evə ciddi ziyan dəyib.
ANS Qarabağ müxbirinin verdiyi məlumata görə, artilleriya mərmilərindən biri Tərtərin Qapanlı kənd sakini Elbrus Tanrıverdiyevin evinə düşüb. Nəticədə ev tamamilə dağılıb, xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Erməni silahlı bölmələri Tərtərin Qarağacı kəndini də atəşə tutub. Burada Rəsi Qasımovun evi mərmi düşməsi nəticəsində dağılıb.
Ümumilikdə isə Tərtər rayonunda 50 ev, 2 məktəb, 2 bağça, 1 yarım stansiyanın dağıldığı bildirilir.
Ramil İbrahimov onu da bildirdi ki, atəşkəsin pozulması zamanı yaralanan Ağdamın Əfətli kənd sakini, 38 yaşlı Elnur Məmmədovun vəziyyəti ağırdır.