Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonundan keçən hissəsində yük maşını minik avtomobili ilə toqquşub.

Unikal.org-un Report-a istinadən məlumatına görə, "Mercedes markalı minik avtomobili idarəetməni itirərək "KamAZ markalı yük maşınının arxa hissəsinə çırpılıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub.

Hazırda minik avtomobilində sıxışıb qalan 3 nəfərin meyiti çıxarılıb, digər 2 nəfərin də meyitinin çıxarılması istiqamətində işlər aparılır.

Faktla bağlı araşdırma aparılır.