Erməni hərbi birləşmələrinin Ağdamın yaşayış məntəqlərini atəşə tutması nəticəsində mülkü şəxslər arasında ölən və yaralananlar var.
Unikal.org apa-ya istinadən xəbərinə görə Ağdam rayon, Çəmənli kənd sakini Mustafayev Famil Əli oğlu aldığı qəlpə yarasından həyatını itirib.
Ağdam Mərkəzi rayon Xəstəxanasına çatdırılan 67 yaşlı Hüseynov Əli Museyib oğlu və Rəhimov Zahid Vəliş oğlunun vəziyyəti ağırdır.
Xəstəxanadan verilən xəbərə görə, digər yaralılar Abdullayev Anar Nizami oğlu, Məmmədov Elnur Polu oğlu, Tağıyev Elgiz Tofiq oğlu, Fərəcov Zahid Fərəc oğlu, Məmmədov Anar və Kərimov Sirdaş Şükür oğlunun həyatlarına təhlükəsi yoxdur.
Qəlpə yarası alan sakinlərin 7-si Ağdamın Çəmənli kənd sakinidir.
Bu gecə həmçinin ermənilərin Ağdamın yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaşayış evi yanıb.
Belə ki, Mahrızlı kənd sakini Bakir Qarayevin evinə top mərmisi düşüb. Mərmi düşən evdə yanğın baş verib. Ev qısa müddətdə əşyaları ilə birlikdə tamam yanıb. Ev sahibi evdə olmadığı üçün xəsarət alan olmayıb. Qonşular yanan evi söndürə bilməsələr də, alovun həyətdəki digər tikiliyə keçməsinə imkan verməyiblər.