Qoç -yaradıcılıq potensialı aşağıdır. Ona görə də ideyalar həmişəkindən daha az-az yaranacaq, yaranan ideyalar isə o qədər də yaxşı olmayacaq. Eksperimentlər etmək, yalnız təxmini təsəvvürünüz olan işlərə girişmək məsləhət deyil.
Həyat potensialınız yüksəkdir. Bu gün çoxlarına gümrahlıq, gülərüzlük və nikbinlik xas olacaq. Aktiv istirahət və idmanla məşğul olmaq sevinc bəxş edəcək.
Buğa - Başqa günlər düşünülməmiş hərəkətlərə üstünlük verənlər də bu gün daha ağıllı davranırlar. Uğurlu alış-veriş mümkündür. Gün biznesə yatırım üçün də münasibdir.
Şəraiti dəyişmək, köçmək, yaxud köçməyə hazırlaşmaq olar. Yeni təəssüratlar xoş olacaq. Yeni tanışlıqlar qurmaq olar. Bir çoxları bu gün ünsiyyət dairələrini genişləndirəcəklər.
Əkizlər - sənədlərin hazırlanması, hüquqi məsələlərin həllini təxirə salmaq məsləhətdir. Emosional fon sabit deyil, əhvalınız bəzən çox pis korlanacaq. Ancaq vaxtında dilinizi saxlayır, ətrafınızdakıları incitmək istəmirsiniz.
Xərçəng - gün elə də xoş olmasa da, aşılması çətin olan problemləriniz də yoxdur. Uğursuz sövdələşmələr, maliyyə itkiləri mümkündür, xoşbəxtlikdən, böyük məbləğdə pulu riskə atmırsınız. Dövlət orqanlarının əməkdaşları ilə aranızda münaqişələr yaranması ehtimalı böyükdür.
Şir - hamıdan fərqli olaraq Şirlər bu gün bəxtəvərdirlər - bütün işləri uğurlu alınır. İstənilən problemin həllinə girişə bilərsiniz. Rəhbərliklə xırda fikir ayrılıqları mümkündür, ancaq siz tezliklə onu özünüzün haqlı olduğunuza inandıra biləcəksiniz.
Qız - uğurun sirri - hər bir şeydə ölçünü gözləməkdir. Bu prinsip elə də xoşunuza gəlmir, ancaq yalnız o, bu gün sizə xoşagəlməzliklərdən qaçmağa, ciddi səhvlər etməməyə, istədiyinizi almağa yardım edəcək. Məsrəflərdən və planlaşdırılmamış alış-verişdən çəkinin. Yalnız çox vacib olan səfərlərə çıxın.
Tərəzi - bu gün həyat haqqında daha çox fikirləşirsiniz. Düzgün yol seçmədiyinizi boynunuza almağa yaxınsınız, amma o yoldan dönməyə də heç bir niyyətiniz yoxdur. Enerjiniz çoxdur, istənilən maneəni aşa bilərsiniz.
Əqrəb - günün əsas hissəsini heç sevmədiyiniz bir insanın qayğısını çəkməyə həsr edəcəksiniz. Mənfi emosiyalarınızı cilovlamağa çalışırsınız, anlayırsınız ki, istənilən anda partlaya bilərsiniz, bu səbəbdən əsəbi gərginliyiniz yüksək olacaq. Həmkarlarınızla fikir ayrılıqları mümkündür. İşgüzar məsələlərdə öz rəyinizi çox sərt söyləməyə meyllisiniz.
Oxatan - şəxsi həyatınızda isə işlər bir qədər yaxşıdır, heç olmazsa, münasibətlərdə kəskinlik duyulmur. Yaşlı qohumlarınızla heç də həmişə dil tapmasanız da, iş münaqişə həddinədək böyümür.
Oğlaq - Səhvləriniz elə də bağışlanmaz deyil, hətta çox vaxt yolun yarısından qayıdırsınız. Pul ala bilərsiniz. Məhsuldar əməkdaşlıq, yaxud başgicəlləndirici eşq macərasının başlanması mümkündür.
Dolça - nəsə yaxşı və xoş bir şey gözləyirsiniz. Hələlik bunun nə olduğu sizə tam aydın deyil. Amma narahat olmayın: intuisiyanız sizi aldatmır, tezliklə yaxşılığa doğru böyük dəyişikliklər baş verəcək. Səfərlərə çıxa, vərdişlərinizi, həyat tərzinizi və ünsiyyət dairənizi dəyişə bilərsiniz.
Balıqlar - cansıxıcı gündür. Heç bir maraqlı hadisənin (ümumiyyətlə, hansısa hadisənin) baş verməməsi sizi bezdirir. Özünüzü göstərə, istedadınızı nümayiş etdirə bilmirsiniz. Kölgədə qalmaq məcburiyyətindəsiniz. Sizi görmədiklərinə, layiqincə qiymətləndirmədiklərinə görə narahatlıq keçirirsiniz.