"Ermənilərin bizimlə bu şəkildə baş-başa gəlməsi təbii ki, Rusiyanın hesabınadır". 
Bu fikirləri Unikal.org-a aıqlamasında  hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Rusiyanın xainliyi, qeyri-səmimiliyi bu vəziyyəti yaradıb: 

"Ermənistan tək başına Azərbaycanla bacara bilməz"
 

"Onlar ermənilərə yaxından kömək edir. Ermənistan tək başına Azərbaycanla bacara bilməz. Çünki hərbi əmləiyyatlar çox miqdarda vəsait tələb edir. Ermənistanın da iqtisadi vəziyyət göz önündədir. 1994-cü ildən bu günə qədər ermənilər qanuni və qeyri-qanuni yollarla silahlanıblar". 

"Azərbaycan tərəfdən çox ağır qərarlar verilə bilər"
 
 
 
 
Ü.Cəfərov qeyd edib  ki, ordu rəhbərliyi yaxın günlərdə çox sərt qərarlar qəbul edəcək:"Ağdamda baş verənləri də nəzərə alsaq deyə bilərəm ki, ermənilər artıq əndazəni aşırlar. Azərbaycan tərəfdən çox ağır qərarlar verilə bilər. Bilirsiniz ki, 100 dən artıq ev ermənilər tərəfindən dağıdılıb. Ölən və yaralananlar var. Hesab edirəm ki, ordu rəhbərliyi bu günlərdə çox sərt qərarlar qəbul edəcək". 

 
"Bu  da həmin xərclərə daxildir".

Hərbi ekspert döyüş əməliyyatlarına çəkilən xərclər barədə də danışıb. O bildirib ki, normalda bir motoatıcı briqadanın 1 sutkalıq apardığı döyüş əməliyyatlarının xərci qoyulan tapşırığın yerinə yetirilməsindən asılıdır: "Xərclər müharibəyə başlayan ölkə tərəfindən əvvəlcədən göz önünə alınır. Yəni qazanc, itki nə qədər olacaq. İndiki halda biz qazanc haqqında düşünmürük. Əsas məqsədimiz torpaqlarımızın işğaldan azad olunmasıdır. Normalda bir motoatıcı briqadanın 1 sutkalıq apardığı döyüş əməliyyatlarının xərci qoyulan tapşırığın yerinə yetirilməsindən asılıdır. Məbləğə gəlincə bu 1 milyondan 50 milyona qədər ola bilər. Bura yanacağa, ərzağa və mərmilərə çəkilən xərclər daxildir. Mən insan itkilərini nəzərə almadan bu rəqəmləri dedim. İtkilər müxtəlif ola bilər. 5 nəfər də ola bilər, 55 nəfər də. Hər itkiyə görə də dövlət əsgərə və yaxud zabitə müavinət verir. Bu  da həmin xərclərə daxildir".