Rusiyada keçirilmiş "Tank biatlonu-2014" beynəlxalq turnirində iştirak etmiş erməni tankçılara Moskva T-90C tankı yollayıb.
Unikal.org "Asbarez"ə istinadən bildirir ki, Moskva vilayətindəki "Alabino" poliqonunda keçirilmiş "Tank biatlonu-2014"də 2-ci yer tutduqlarına görə erməni tankçılara hədiyyə olunmuş müasir tank artıq İrəvandadır.
Rusiyanın hədiyyə etdiyi tank 2015-ci ilin dekabrında istehsal olunub.