Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın iki şəhərindən baş konsularımızın geri çağırılması haqqında sərəncam imzalayıb. 
Unikal.org xəbər verir ki, Prezidentin sərəncamında deyilir: "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Elşad İlyas oğlu Qulamov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın".
 
Prezidentin digər sərəncamında bildirilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Sultan Məhəmməd oğlu Qasımov Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsindən geri çağırılsın.