2015-ci ildə Ermənistanın Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünü güllələyən rus əsgəri Valeri Permyakovun işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
AzVision.az Rusiya mətbuatına istinadən xəbər verir ki, iclas Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ərazisində baş tutub.
Permyakov ifadəsində qətli törətməsinin səbəbini açıqlayıb. O, uşaqları səs-küyə görə öldürdüyün bildirib.
"Səs-küy var idi, uşaqlar ağlayırdılar, həyətdə də it hürürdü. Onları öldürdüm ki səsləri kəsilsin", - Permyakov deyib.
Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.