Erməni tərəfi cəbhədə növbəti itkilərə məruz qaldığını açıqlayıb.
Unikal.org "news.am" saytına istinadən verdiyi məlumata görə, aprelin 30-na keçən gecə işğal altındakı Dağlıq Qarabağın şimalında, Talış kəndi istiqamətində 2 hərbçi ölüb. Bunlar 1997-ci il təvəllüdlü Qarik Movsisyan və 1968-ci il təvəllüdlü Vazgen Arutunyandır.
Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasına əsasən erməni tərəfinin təmas xəttində atəşkəsi pozması ilə əlaqədar düşmənin səngərlərinə və atəş nöqtələrinə cavab zərbələri endirilir.