Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində olub.
Unikal.org-un məlumatına görə, daun sindromlu uşaqlarla görüşən Leyla Əliyeva Mərkəzdə yaradılmış reabilitasiya kurslarının gedişi ilə maraqlanıb. Dərnəklər və əyləncə otaqları, hazırlıq kurslarında olan Leyla Əliyeva Mərkəzin "Dəcəllər" teatrının hazırladığı tamaşaya baxıb.
Daun Sindromlu Uşaqların Reabilitasiya Mərkəzi Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunub və 2013-cü ildən fəaliyyət göstərir. Mərkəzdə müxtəlif fənlər üzrə məktəbəqədər hazırlıq kursu, kompüter, loqoped, valideyn otaqları, idman zalı və üzgüçülük hovuzu, kino və teatr zalları var. Burada həmçinin heykəltəraşlıq, xalçaçılıq, tikiş, rəsm dərnəkləri də fəaliyyət göstərir.
Leyla Əliyeva aprelin 28-də Nəsimi rayonunda yerləşən 1 nömrəli körpələr evində olaraq, burada tərbiyə alan körpələrə baş çəkib. Bu körpələr evi Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı təmir edilərək, 2015-ci il mayın 10-da yenidən istifadəyə verilib. 








Leyla Əliyeva uşaqlarla görüşdü - Fotolar
Leyla Əliyeva uşaqlarla görüşdü - Fotolar