Aprel ayı ərzindəki döyüşlərdə Erməni silahlı birləşmələri xeyli sayda itki verib.
Unikal.org-un apardığı araşdırma nəticəsində Ermənistanın 300-ə yaxın hərbiçisini itirməsi ortaya çıxıb. Düşmən tərəfin elə bu sayda da yaralıları var.
Cəmi bir aylıq döyüşlərdə darmadağın olan erməni ordusunda artıq nizam-intizam qaydaları da sıfır həddinə çatıb. Əksər erməni əsgərləri qorxu, vahimə içərisindədirlər. Onlar işğal olunmuş ərazilərdə qulluq etmək, hədər yerə ölmək istəmirlər.
Artıq erməni hakimiyyəti də çıxış yolunu tapıb. Əsgərlərinin stres və qorxudan uzaq olmaları üçün hərənin əlinə bir zurna-balaban verib ki, çalıb oxuyun.
Təbii ki, erməni hakimiyyəti tərəfindən Qarabağda əsirlikdə saxlanılan erməni gəncləri çalıb-oynamaqdan başqa çıxış yolları yoxdur. Onlar bilirlər ki, gec-tez Azərbaycan torpaqlarına qalıb öləcəklər. Elə bunun üçün də ZURNA ÇALIB oynayırlar.
Artıq erməni ordusunda "dedovşina" halları da getdikcə çoxalmaqdadır. Təkcə son 4 ay ərzində Ermənistan Qarabağda yerləşdirdiyi terrorçuları arasında 70-dən çox hərbi qulluqçu bir-birlərini güllələyib. Artıq bu ölkənin ordusu heç bir gücə, qüdrətə malik deyil. Hesablamalar göstərir ki, Ermənistanın işğal etdiyi zonalarda normal hərbi partul işi aparmaq üçün əsgər heyəti çatmır. Vəziyyət o həddə çatıb ki, yararsız və xəstə gənclər də ordu sıralarına çağırılır. Hərbi təchizat yox səviyyəsindədir.
Təkcə aprel ayında gedən döyüşlərdə Azərbaycan ordusu tərəfindən düşmənin işğal etdiyi torpaqlarımızdakı sığınacaqları (kazarma) dağıdılıb və ordunun qidalanması üçün əvvəllər mövcud olmuş anbarlar yerlə-yeksan edilib. Ermənistan Qarabağda yerləşdirdiyi terrorçu dəstələrinə artıq qidalanmaları üçün ərazidə mövcud olan heyvan və həşaratlardan yemələrinə dair göstəriş verib.
Həmçinin, bir neçə saat bundan əvvəl ermənistan ordusunda aclıq və səfalətin baş aldığını dolayısı yolla etiraf edən Ermənistan Müdafiə nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan əhaliyə hərbi qulluqçulara və ailələrinə yardım etmək üçün müraciət edib.
Müraciətdə deyilir: "Əziz həmvətənlər, müdafiə departamentinin əmək və sosial təhlükəsizlik və müdafiə şöbəsinin xidmətçiləri vasitəsi ilə hərbi heyət və onların ailəsinə bütün növ yardımlar üçün xahiş edirik. Komissiya da yaradılıb. Yardımların bərabər paylanması ilə bağlı problemlər var, şəxsən yardımda iştirak edin və hər kəsə yardım çatdıra bilmək üçün komissiya ilə əməkdaşlıq edin", - Ovannisyan yazıb.
Şərhlərdə isə vətəndaşlar edilən yardımlara inanmadıqlarını və göndərilən vəsaitin ailələrə çatmadığını bildirib. Ovannisyan isə bütün iradları cavablandıraraq əhalini yardım etməyə çağırır, hətta hərbçilərin ünvanlarını da verir".
Həmçinin bir az əvvəl Ermənistan Müdafiə Naziri Seyran Ohanyan vəziyyətin acınacaqlı olması ilə bağlı kollegiya iclası keçirilib.
Terrorçu nazir 24 illik fasilədən sonra Azərbaycan Ordusunun Qüdrətini başa düşüb hərbi texnika, döyüş qoşunları və texniki təhlükəsizlik şəraitinin yüksəldilməsi barəsində dığalarına göstəriş verib.
Dığa Ohanyan bir şərt kimi Silahlı Qüvvələrinin silah davamlılığı və hərbi texnikanın artırılmasının əhəmiyyətini vurğulayıb. O, Azərbaycanla vuruşmaq üçün yeni döyüş əməliyyatlarının hazırlanması barədə göstəriş verib. Sonda Ohanyan acından ölən əhalisindən orduya maddi yardım etmələri üçün müraciət edib.
P.S. Ermənistan rəhbərliyi və onun havadarları artıq başa düşürlər ki, Azərbaycan 25 il bundan əvvəlki Azərbaycan deyil. Ordumuzun maddi-texniki bazası yüksək dərəcədə möhkəmləndirilib. Düşmən ölkə hələ indi ordusunun maddi-texniki bazasının gücləndirilməsinə dair verdiyi göstərişi, Azərbaycanda 20 il bundan əvvəl verilib. Sarkisyan və onun havadarları başa düşür ki, Azərbaycan müharibəyə tam hazırdır. Buna görə də, öz havadarlarını onlara kömək etmək üçün yalvarırlar.
Artıq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və Müdafiə Naziri Zakir Həsənovun nəzarəti ilə ordumuz bütün gücü ilə qüvvətlənir. Silahlı Qüvvələrimiz təlimə həyəcan siqnalı ilə hərəkətə keçmə, müharibə, silahların hazır vəziyyətə gətirilməsi, birliklərin toplanması, döyüş bölgələrində kamufulyaj olma kimi hərbi hərəkətlərlə öz işini davamlı olaraq görür. Ordumuzun keçirdiyi təlimlərdə çoxlu sayda əsgər və zirehli texnika çıxış edir.
Bu gün Azərbaycan gənclərinin böyük əksəriyyəti hər an Ali Baş Komandan İlham Əliyevin müharibə əmrini gözləyir. Qətiyyətlə demək mümkündür ki, Ali Baş Komandanın bu istiqamətdə atdığı addımlar, həyata keçirdiyi tədbirlər həm Azərbaycan Silahlı Qüvvələrində, həm də Azərbaycan gənclərində yüksək döyüş əhval-ruhiyyəsi yaradıb. Əminik ki, Ali Baş Komandan müharibə əmri verəcəyi təqdirdə hər bir Azərbaycan gənci silaha sarılaraq işğal altında olan torpaqlarımızın erməni təcavüzkarlarından azad edilməsinə qoşulacaq. İnşallah tezliklə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz torpaqlarını işğaldan azad edəcək.
Amid Əyyuboğlu