Şimali Koreya ilə Cənubi Koreya rəsmiləri arasında telefon danışığı olub. Bu barədə "Renhap agentliyi Cənubi Koreya nazirliyinin nümayəndəsinə istinadla xəbər yayıb.

Unikal.org "RİA Novostiyə istinadla xəbər verir ki, müzakirələrin detalları hələlik açıqlanmayıb.

ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib ki, müzakirələrdə Şimali Koreyanın nüvəsizləşdirilməsi məsələsinə toxunulmasa, Birləşmiş Ştatlar bu danışıqlara ciddi yanaşmayacaq.

Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarında milli komandasının iştirakı məsələsində danışıqlara başlamağa hazır olduğunu bildirmişdi. Seul bu təşəbbüsü müsbət qiymətləndirmiş və yüksəksəviyyəli danışıqlar aparmağı təklif etmişdi.