Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzasının marşrut avtobusu tərəfindən törədildiyi məlum olub.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, dünən Xətai rayonu Məzahir Rüstəmov küçəsində ərazisində Bakı şəhər sakini İsa Hacıyev idarə etdiyi "Daewoo markalı 36 saylı xətt avtobusu ilə yolu keçən paytaxt sakini, 1939-cu il təvəllüdlü Sabir Bədəlovu vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
*****
Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib.
Unikal.org xəbər verir ki, Xətai rayonu Məzahir Rüstəmov küçəsində "Daewoo" markalı, 90 HS 684 dövlət nömrə nişanlı avtomobil 79 yaşlı kişini vurub öldürüb.
Faktla bağlı Xətai rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırıma aparılır.