Meydan TV-nin facebook səhifələri silinib.
Unikal.org-un verdiyi xəbərə görə, bu barədə saytın əməkdaş Həbib Müntəzir məlumat verib. O bildirib ki, 5 ildir fəaliyyət göstərən Meydan TV-nin hər üç dildə Facebook səhifələrini ələ keçirib, siliblər:
"Sosial media meneceri olaraq bütün məsuliyyət mənim üzərimdədir. Vəzifəmdən istefa verirəm. Ümid edirəm, rəhbərlik istefamı qəbul edər.