Mayın 3-də qoşunların təmas xəttində düşmənlə atışmada Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlu şəhid olub. 
Unikal.org azvision.az-a istinadən bildirir ki, 19 yaşlı Yüzbəyov Əmrah ötən il aprel ayında Xaçmaz rayonundan hərbi xidmətə çağrılıb.
Xaçmaz Rayon Icra Hakimiyyətindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Yüzbəyov Əmrah Aydın oğlunun nəşinin sabah səhər saatlarında rayona gətiriləcəyi bildirilib. Şəhid Xaçmaz rayon Hacıməmmədova kənd qəbirstanlığında dəfn olunacaq.
Şəhidin sosial şəbəkələrdə yazdığı son statuslar diqqət çəkib.