Uşaqlarda özgüvənin yaradılması
11:07 14-08-2012
SİYASƏT
Uşaqlarda özgüvənin yaradılması
İnsan həyatının, demək olar ki, hər dövründə şəxsiyyətin fikirlərinə təhqiramiz yanaşmaq, hörmətsizlik etmək onda özgüvəni zədələyir. Uşaqlıq dövründən bu başlayarsa daha təhlükəli olur. Belə olduqda uşaqda özgüvənin ilkin toxumları səpilmiş olur.
Amma uşağı hər zaman tərifləmək, nazı ilə oynamaq onda heç də özgüvəni yaratmaz, tam əksinə onda özündən razılıq , özünü başqalarından üstün tutma və s. kimi əlamətləri formalaşdırar. Beləliklə hərəkətlərini düzgün qiymətləndirməyi bacarmaz, zəif şəxsiyyət formalaşar. Belə ki, o həyatının idarəsində daim başqalarından kömək gözləyər.
Digər halda valideyn uşağın fikirlərini qiymətləndirmədikdə, hər kəsin yanında təhir etdikdə, bir çox valideynlərin məşhur metodu olan döyməklə tərbiyə etməyə çalışdıqda və ya cəmiyyət içində onu alçaltmaqla onda özgüvənin yaranmasına mane olur. Belə uşaqlarda sevgi əksikliyi, sevgi kasıblığı yaranır ki, onların çoxunda bəzən hətta özlərinə qarşı belə sevgi olmur, az olur.
Uşaqların böyük əksəriyyətinin onlara kiminsə nümunə çəkilməyini sevmirlər. Bəzi hallarda elə uşaqlar öz qarşılarına valideynlərinə, həmçinin onlara qarşı duran cəmiyyətə kim olduqlarını göstərmək üçün qarşılarına məqsəd qoyurlar. Amma onların ruhlarında açıq bir yara qalır ki, bunun da adı “ sevgi yetməzliyi ”dir. Belə ki, həmin uşaqların qazandıqları uğurların, qarşılarına qoyduqları məqsədlərin əslində başlıca səbəbi valideynlərinin :-“ bəlkə bu dəfə sevgilərini qazanaram - ” deyə düşünməkdir. Yaxud da o, özündəki qisas hissinə dayanaraq özünü sübut etməyə çalışır. Amma bəzən onlarda özgvən hissi aşağı düşür, həyatda tək, köməksiz olduqlarını düşünürlər. Təkliyə meyl edirlər və :-“ mən heç nəyi bacarmıram-“ deyə düşünürlər. Həmçini belə uşaqlar ya çox şən, ya da hər yerdə gözüyaşlı, boynubükük dolanırlar.
Uşağa sevgi göstərmək onun hər dediyini etmək demək deyildir. Onu müəyyən olunmuş sərhdlər üzrə böyütmək lazımdır. Uşaqların bacarmadıqları işi onların və başqalarının yanında tez-tez təkrarlamaq özgüvəni zədələyər.
Uşaqlarda özgüvəni formalaşdırmaq üçün onlara bacara biləcəkləri tapşırıqlar vermək və gördükləri işi hər dəfə qiymətləndirmək lazımdır. Onları hər hansı işə məcbur etmək yerinə, həmin işə qarçı həvəs yaratmaq lazımdır. Onları qazandıqları uğurlara görə mükafatlandırmaq lazımdır. Uşaq sizin ona hər zaman güvəndiyinizi bilməlidir. Uşağınızla aranızdakı məsafənin adı qorxu deyil, hörmət olmalıdır. Çünki qorxu uşaqda yalan danışmağı formalaşdırır.
Uşaq şəxsiyyətinin qarşılaşdığı ilk cəmiyyət ailədir. Başqa mühitdəki davranışı ailədə aldığı tərbiyədən asılıdır.
Uşağınızı müstəqil həyata hazırlamaq üçün əvvəlcə onlarda özgüvəni formalaşdırmalısınız.
Digər Xəbərlər
2024-12-25 00:31:48
2024-12-24 19:48:00
2024-12-24 19:24:05
2024-12-24 19:10:08
2024-12-24 18:42:57
2024-12-24 18:22:48
2024-12-24 15:40:25
2024-12-24 15:14:17
2024-12-24 14:51:10
2024-12-24 11:45:40
2024-12-24 11:17:44
2024-12-24 11:10:58
2024-12-24 10:25:46
2024-12-24 00:01:07
2024-12-24 00:00:00
2024-12-23 21:15:45
2024-12-23 20:31:41
2024-12-23 19:58:35