Azərbaycan Prezidenti İlham Əliyev mayın 4-də paytaxt Bakının Nizami rayonundakı Mikayıl Əliyev küçəsində aparılan yenidənqurma işləri ilə tanış olub.
Unikal.org xəbər verir ki, "Azəravtoyol" Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına məlumat verib ki, paytaxtın Heydər Əliyev prospekti ilə Babək prospektini birləşdirən, Heydər Əliyev adına Bakı neft emalı zavodunun, Milli Gimnastika Arenasının, habelə əhalinin istifadəsində olan kütləvi tədbirlərin keçirildiyi çoxsaylı obyektlərin yerləşdiyi və nəqliyyatın intensiv hərəkət etdiyi Mikayıl Əliyev küçəsi uzun illərdir ki, təmir olunmayıb.
İlham Əliyevin diqqətinə çatdırılıb ki, paytaxtın Nizami rayonunun Çobanzadə küçəsi də əsaslı təmir olunub. Uzunluğu 2340 metr olan küçəyə yeni asfalt-beton örtük döşənib, avtobus dayanacaqları quraşdırılıb. Bundan əlavə, Naxçıvani küçəsinin də əsaslı təmiri başa çatıb. Uzunluğu 840 metr olan küçənin eni genişləndirilərək 9 metrə çatdırılıb. Yeni asfalt-beton örtüyü çəkilən küçədə bütün infrastruktur yüksək səviyyədə qurulub.
Prezident Bakının 8-ci Kilometr qəsəbəsindəki Qara Qarayev prospekti ilə Naxçıvani küçələrinin kəsişməsində inşa olunan çoxmərtəbəli avtomobil dayanacağının rəmzi açılışını bildirən lenti kəsib.
Avtodayanacaqla tanış olan dövlət başçısına məlumat verilib ki, ümumi sahəsi 16 min 286 kvadratmetr olan avtodayanacağın yuxarı mərtəbəsi restoran kimi fəaliyyət göstərəcək.
Paytaxtın 8-ci Kilometr qəsəbəsinin ən qaynar və hərəkətin intensiv olduğu ərazisində tikilən avtodayanacaq yol kənarlarının boşalmasına geniş imkan yaradacaq. Bununla da ərazidə avtomobil tıxacları aradan qaldırılacaq.
 
Prezidenti İlham Əliyev mayın 4-də paytaxtın Nizami rayonunun 8-ci Kilometr qəsəbəsindəki Heydər bağında yaradılan şəraitlə tanış olub.

Bildirilib ki, bu istirahət guşəsi 1997-ci ilin mayında ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb. Ümummilli Lider burada daş palıd da əkib. Heydər bağında həyata keçirilən yenidənqurma tədbirləri zamanı əlavə yaşıllaşdırma işləri görülüb, yeni skamyalar və işıqlandırma sistemi qurulub. Ərazisi 5 hektardan çox olan bağın yenidən qurulmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib, sakinlərin istirahəti üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

İlham Əliyev dayanacağın açılışında - Fotolar
İlham Əliyev dayanacağın açılışında - Fotolar
İlham Əliyev dayanacağın açılışında - Fotolar
İlham Əliyev dayanacağın açılışında - Fotolar
İlham Əliyev dayanacağın açılışında - Fotolar