Nəqliyyat naziri Ziya Məmmədov daha bir quruma nəzarəti itirib. Belə ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki qurumların siyahısında dəyişiklik edilib.
Baş nazir Artur Rasizadənin bununla bağlı imzaladığı qərarla "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti bundan sonra Nəqliyyat Nazirliyinin tabeliyində olmayacaq.
A.Rasizadənin imzaladığı digər qərarla "Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi" MMC "Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.(Modern)