Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) prezident seçkiləri ilə bağlı toplantı keçirilib.

Unikal.org xəbər verir ki, tədbirdə prezident seçkilərində İlham Əliyevin namizədliyinin dəstəklənməsi haqqında AMEA kollektivinin bəyanatı səsləndirilib.

Bəyanatda vurğulanıb ki, AMEA-nı təmsil edən elm adamları və gənc elmi nəsil ölkənin gələcəyinə, milli ziyalılığın və elmin daha böyük inkişafına çatmağın ancaq Prezident İlham Əliyevin rəhbərliyi ilə mümkün olacağına inanırlar. Bildirilib ki, Azərbaycanın elm adamları 2018-ci il aprelin 11-də keçiriləcək prezident seçkilərində yekdilliklə ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyevə səs verəcəklər.