Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi Əli Əhmədov və partiyanın icra katibinin müavini Mübariz Qurbanlı prezident seçkilərində YAP-ın səlahiyyətli nümayəndələri olub.

Unikal.org xəbər verir ki, bununla bağlı qərar bu gün Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.

YAP-ın maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsi kimi YAP icra katibinin müavini Siyavuş Novruzov təsdiqlənib.