Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublu vəzifəsindən azad olunub.
Unikal.org-un report-a istinadən məlumatına görə, bununla bağlı partiya başqanı Arif Hacılı sərəncam imzalayıb.
Buna səbəb T.Yaqublunun paralel olaraq Milli Şuranın üzvü olması göstərilib. Xatırladaq ki,Müsavat Partiyası həmin təşkilatdan 2013-cü ildə çıxıb.
T.Yaqublu açıqlamasında məlumatı təsdiqləyib. Lakin o, vəzifəsindən azad olunmasının səbəbləri barədə danışmaq istəmədiyini bildirib.