Sumqayıt şəhər icra hakimiyyətində yeni kadr təyinatı olub.

Unikal.org Xeberle.com-a istinadən xəbər verir ki, Fəzail Ağalar oğlu Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin olunub. Məlumat üçün qeyd edək ki, bu təyinata qədər F. Hüseynov İcra hakimiyyətində Memarlıq və tikinti şöbəsinin müdiri vəzifəsində çalışıb.

Xatırladaq ki,ötən ilin avqust ayında Lalə Hacıyeva müavin vəzifəsindən azad olunub və Hacı Zeynalabdin qəsəbəsi üzrə icra nümayəndəsi təyin edilmişdi.

Həmin vaxtdan sözügedən vəzifəyə təyinat olmamışdı.