"On üç nəfər Prezidentliyə namizədliyini irəli sürüb. Onlar bununla bağlı müvafiq sənədləri Mərkəzi Seçki Komissiyasına təqdim ediblər
Unikal.org xəbər verir ki, bunu dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, onlardan 5-nin namizədliyinin irəli sürülməsi təsdiqlənib.
Qeyd edək ki, namizədliyi təsdiqlənənlər hakim Yeni Azərbaycan Partiyasının sədri və Prezidentliyə namizədi İlham Əliyev, Milli Məclisin deputat Zahid Oruc, Azərbaycan Liberal Demokratik Partiyasının sədri Fuad Əliyev, öz təşəbbüsləri ilə namizədliklərini irəli sürən Tural Abbaslı və Anar Umudovdur.