Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsindən çıxarılan Leyla Seyidbəyovaya yeni vəzifə verilib.
Unikal.org xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, L. Seyidbəyova 7 saylı Doğum Evinin baş həkimi vəzifəsinə təyin olunub.
O, yeni vəzifəyə Bakı Baş Səhiyyə İdarəsinin əmri əsasında təyin edilib.
*** 14:45
Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.
Unikal.org xəbər verir ki, bu barədə APA-ya Leyla Seyidbəyova özü bildirib.
O, işdən öz ərizəsi ilə çıxdığını deyib.