Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni səlahiyyətlər verilib.
Unikal.org-un məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 15 fevral 2018-ci il tarixli "Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə fərmanında əksini tapıb.
Dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsinə və Qafqaz Müsəlmanları İdarəsinin müraciəti əsasında xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarının islam dininə aid ayin və mərasimlərin aparılmasına buraxılması üçün razılıq verilməsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətində olacaq.