Azərbaycanda aprelin 11-ə təyin edilmiş prezident seçkilərində müşahidə aparmaq üçün Mərkəzi Seçki Komissiyasına (MSK) 6 müraciət daxil olub.

Unikal.org-un məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov qeyd edib ki, bütün müraciətlərə müsbət cavab verilib.

MSK sədri vurğulayıb ki, müşahidə aparmaq istəyənlərə şərait yaradılır:

"Biz çalışırıq ki, bütün müşahidə aparmaq arzusunda olan insanlara şərait yaradaq. Çünki müşahidəçilər nə qədər çox olarsa, seçkilərin daha şəffaf keçirilməsi üçün əhəmiyyətlidir.