Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Azərbaycan üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub.

Unikal.org-un "Reporta istinadən xəbərinə görə, MSK sədrinin müavini Natiq Məmmədov deyib ki, Azərbaycanda hər il mayın sonuna qədər seçici siyahıları hazırlayır.

O bildirib ki, prezident seçkilərinin aprelin 11-nə təyin edilməsi bu prosesi sürətləndirib: "Seçici souahıları səsvermə gününə 35 gün qalmış hazır olmalıdır. Martın 3-nə qədər seçici siyahıları seçici siyahıları tərtib və təsdiq edilə bilər.

MSK sədrinin müavini qeyd edib ki, bu istiqamətdə işlər davam etdirilir: "Ötən illə müqayisə seçicilərin sayı 28 344 nəfər artıb.

Qeyd edək ki, Azərbaycanda prezident seçkiləri aprelin 11-nə təyin edilib.