Prezident İlham Əliyev Pərviz İsmayılzadəni Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu vəzifəsinə təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org-un məlumatına görə, dövlət başçısının digər bir sərəncamına əsasən, Rasim Rzayev də Azərbaycanın İordaniya Haşimilər Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib.