Latviyanın dövlət bankı ABŞ Maliyyə Nazirliyinin maliyyə cinayətlərinə qarşı mübarizə Şəbəkəsi (FinCEN) tərəfindən sanksiya tətbiq edilmiş "ABLV Bank barədə təhqiqata başlayıb.

Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, təhqiqatı iqtisadi cinayətkarlığa qarşı mübarizə İdarəsi aparır. Dövlət polisinin mətbuat xidmətinin rəhbəri İlze Yurevitsa bildirib ki, FinCEN-ə nəticə çıxarmağa əsas verən faktlarla bağlı tərəfdaşlara informasiya sorğusu göndərilib. Habelə Latviyanın maliyyə və kapital bazarları Komissiyasından da bankın fəalyyətinə dair məlumatları təqdim etmək tələb olunub.

ABŞ Maliyyə Nazirliyi müəyyən edib ki, "ABLV Bank Ukrayna, Azərbaycan və Rusiyadan milyardlarla dollar çirkli pulların yuyulmasını həyata keçirib. Habelə Şimali Koreyanın nüvə proqramlarını maliyyələşdirən tranzaksiyalarla məşğul olub.

FinCEN-in hesabatında bildirilir ki, bankın rəhbərliyi və əməkdaşları müştərilərin qanunsuz maliyyə əməliyyatlarını həyata keçirməyə görə günahkardırlar, o cümlədən çirkli pulların yuyulmasını və qanunsuz bank əməliyyatlarının mənbəyini, bunlara görə cavabdeh şəxslərin kimlikləri gizli saxlamağı təmin ediblər.

Xatırladaq ki, "ABLV Bankın vaxtilə Azərbaycan Beynəlxalq Bankı və keçmiş mill təhlükəsizlik naziri Eldar Mahmudova yaxın daha bir bankla işlədiyi məlumdur. Bu banklar üzərindən milyardlarla dollar xarici offşor hesablara ötürülüb, bu zaman kağız üzərində alqı-satqı əməliyyatları həyata keçirilib.

"ABLV Banka qarşı sanksiya Latviyanın bank sistemində təlatümə səbəb olub. Bu sanksiyadan iki gün sonra Mərkəzi Bankın rəhbəri də banklardan rüşvət almaq və korrupsiya ittihamı ilə saxlanılaraq dindirilib.