Ermənistan XİN başçısı Edvard Nalbandyan jurnalistlərə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hansı addımların atılmasının zəruri olduğunu açıqlayıb.
Nazirin fikrincə, danışıqlarda əsas məqsəd regionda yeni zorakılıq hallarının qarşısının alınmasıdır.
"Hazırda mümkün ola biləcək görüşlərin məqsədi aprel ayında baş vermiş toqquşmaların təkrarlanmasının qarşısının alınmasına, müddətsiz atəşkəs rejiminin qorunmasına və atəşkəsin pozulması hallarının araşdırılması mexanizmçlərinin yaradılmasına yönəldilməlidir", - Nalbandyan belə deyib.