"Hazırda Qarabağ-Azərbaycan sərhədində Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri toplanıb. Onlar Xankəndi istiqamətinə yönəliblər".
Bu barədə qondarma Dalıq Qarabağın müdafiə naziri Levon Mnatskanyan açıqlamasında bildiribə
O bildirib ki, buna cavab olaraq guya işğalçı Ermənistan tərəfi Bakını vura bilər:"Əgər ehtiyac olarsa, zərbələr mütləq olacaq, lakin indi bunu səmərəsiz hesab edirik. Bizim güclü texnikalarımız, silah-sursatlarımız var. Ehtiyac olanda onlardan istifadə edəcəyik. Biz Bakının strateji və hərbi obyektlərinə, eləcə də hava limanına zərbələr endirə bilərik", - deyə L. Mnatsakanyan söyləyib.
Xatırladaq ki, aprelin 2-nə keçən gecə cəbhədə Ermənistanın təxribatı nəticəsində Azərbaycan silahlı Qüvvələrinin 31 hərbçisi qəhrəmancasına şəhid olub.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir ki, birləşmələrimizin cavab atəşləri nəticəsində erməni tərəfinin 170-dək hərbi qulluqçusu və onlarla zirehli texnikası sıradan çıxarılıb.
İşğalçı Ermənistan hökuməti qondarma Dağlıq Qarabağın tanınması ilə bağlı da qanun layihəsi hazırlayıb. Azərbaycan XİN-nin mətbuat xidməti məlum qanun layihəsi ilə bağlı yaydığı bəyanatda qeyd edib ki, bu cür addımlarla Ermənistan rəhbərliyi həm də özünün təcavüzkar və işğalçı siyasətinin aşkar uğursuzluğuna haqq qazandırmağa və öz daxili siyasi ambisiyaları naminə erməni cəmiyyətinin hərbi və ekstremist mövqe tutan ayrı-ayrı dairələrinin tələblərini təmin etməyə çalışır.("Qafqazinfo")