Azərbaycan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 10 milyon dollar həcmində nar tədarük edəcək.
Unikal.org-un trend-ə istinadən məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov mətbuat konfransı zamanı deyib.
R.Məmmədov qeyd edib ki, nar şirəsinin Səudiyyə Ərəbistanına tədarükü ilə də bağlı müqavilələr imzalanıb.
Bundan başqa, Polşa və İtaliya ilə müvafiq olaraq 120 və 130 min dollar həcmində fındıq tədarükü barədə müqavilələr imzalanıb. Eyni məhsul həmçinin İsveçrəyə də tədarük ediləcək.
Digər müqaviləyə əsasən Qırğızıstana 30 min dollar dəyərində üzüm və şərab ixrac ediləcək.