Əfqanıstanın Baqlan əyalətində naməlum silahlılar 15 sement zavodu və kömürçıxarma şirkətinin əməkdaşını oğurlayıb.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, onların arasında mühəndislər, texniki personal və digər əməkdaşlar var.
"Ghori" sement zavodunun müdiri faktı təsdiqləyərək bildirib ki, hadisə mayın 8-i, səhər saatlarında baş verib.
İnsidentə görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib