Almaniyanın keçmiş xarici işlər naziri Annalena Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının sədri seçildikdən sonra Bundestaqdakı kreslosundan imtina edib.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın “Spiegel” qəzeti yazır.
"Keçmiş xarici işlər naziri parlamentdəki mandatından imtina etdiyini rəsmən bəyan edib. Elana görə, Yaşıllar Partiyasının siyasətçisi bu səbəbdən iyunun 30-dan sonra Almaniya Bundestaqını tərk edəcək", - məqalədə deyilir.
İyunun 2-də Berbok BMT Baş Assambleyasının 80-ci sessiyasının prezidenti seçilib.
Gülayə Mecid