Yevlaxda idarəetmədən çıxan "Hunday" markalı avtomobil yol kənarındakı kolluğa düşüb.

"Unikal"ın  məlumatına görə, hadisə Əkşəm kəndi yaxınlığında baş verib. Hadisə nəticəsində müxtəlif bədən xəsarətləri alan 1989-cu il təvəllüdlü sürücü Bəşirli Vüsal Bəliyar oğlu ətrafdakıların köməyi ilə maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.

Kəllə-beyin travması, həmçinin çənə nayihəsindən kəsik xəsarəti  alan yaralının müayinə və müalicəsi davam etdirilir.

Ehtiram Muradov