Almaniya hüquq-mühafizə orqanlarının əməkdaşları Hamburq limanında təxminən 24 milyon avro (47 milyon manatdan çox - red.) dəyərində 600 kq-a yaxın kokain müsadirə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə "Stern" məlumat yayıb.
Məlumata görə, narkotiklər Cənubi Amerikadan gətirilən meyvələrin altlıqlarından birində aşkar edilib. Yoxlama Dominikan Respublikasının hökumət orqanlarının ünvanlı siqnalından sonra həyata keçirilib.
Hələlik heç kim həbs edilməyib, lakin istintaq bu insidentin Saksoniya bölgəsində 2024-cü ilin sonlarında baş vermiş hadisə ilə mümkün əlaqəsinin olduğunu düşünür. O zaman Qrimma şəhərində banan qutularında 590 kq kokain tapılmışdı. Şübhəli bağlamaları görən iş adamı özü polisə müraciət edib.