Aprel ayının əvvəllərində Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında baş vermiş 4 günlük müharibənin uğurunun qarşısı necə alındı? Bu sualın eynisi 22 il əvvəl də hər kəsin ağlını "yeyib-bitirirdi".
Unikal.org baku.ws-ə istinadən bildirir ki, söhbət uğurlu Horadiz əməliyyatından gedir.
Eynilə 2016-ci il "Aprel müharibəsi"ndə baş verdiyi kimi 1993-cü ildə də erməni silahlı bölmələrinin hücumunun qarşısını kəsən Azərbaycan Milli Ordusu əks-hücuma keçir və qısa müddətdə Füzuli rayonun böyük hissəsini azad edir.
Dekabrdan başlayan və 1994-cü il yanvarın 6-na kimi davam Horadiz əməliyyatı zamanı Azərbaycan ordusunun bölmələri Xudafərin körpüsünə kimi irəliləyir və 21 min hektar ərazi Ermənistan işğalından xilas olunur.
"4 günlük müharibə"də də Azərbaycan Ordusu qarşı tərəfin hücumuna cavab olaraq əks-hücuma keçir və ermənilərə sarsıdıcı zərbələr vuraraq işğal altında olan torpaqlarımızın bir hissəsini azad edir. Lakin tarix yenidən təkrarlanır - hərbi əməliyyatlar dayandırılır.
Böyük itkilər verən Ermənistan tərəfi Horadiz əməliyyatından sonra Moskvaya yalvararaq Qarabağa sülhməramlı qoşunların yerləşdirilməsini istədi. Azərbaycanla təkbətək bacara bilməyəcəyini başa düşən Ermənistan Rusiyanın məsələyə qarışmasını xahiş etdi. Və atəşkəs barədə danışıqlara başlanıldı. Ermənistan Qarabağa Rusiya sülhməramlı qoşunlarının yerləşdirilməsi üçün əlindən gələni edirdi.
Lakin Azərbaycan tərəfinin qəti mövqeyi ermənilərin bu istəyinə çatmasına mane oldu. Sosial şəbəkədə yayılan 1994-cü ilin may ayında Moskvada Qarabağda atəşkəsin elan edilməsi barədə aparılan danışıqların tam videosunda da bunu görmək olur.
Danışıqlarda Rusiyanın müdafiə naziri Pavel Qraçov, Azərbaycanın müdafizə naziri Məmmədrəfi Məmmədov, Ermənistan tərəfindən David Şahnəzəryan və Serj Sarkisyan, "Dağlıq Qarabağ" tərəfindən separatçı Samvel Babayan iştirak edirdilər.
Videodan da görünür ki, Azərbaycanın müdafiə naziri Babayanın danışıqlarda iştirak etməsinə etiraz edir: "Burada S.Babayanın iştirak etməsinə öz təəcübümü ifadə etmək istərdim. O kimi təmsil edir? Onun gəldiyi bölgə, heç bir ölkə tərəfindən tanınmış, qanuni dövlət deyil. Dövlət yoxdursa, onu təmsil edən ordu da ola bilməz. Bu danışıqların səviyyəsini və onun tapşırıqlarını ciddi şəkildə zəiflədir".
Rusiya müdafiə naziri isə məsələyə belə münasibət bildirir: "Bu gün biz atəşkəs danışıqlarının ilk mərhələsinin əsas məsələsini razılaşdırmalıyıq. Əsas məsələ - nəzarət mexanizmidir. Və gəlin razılaşaq - mən nə təklif edəcəyəmsə, onu qəbul edəcəksiniz". Daha sonra P.Qraçyov fasilə edərək, qarşıda əyləşən Ermənistan və separatçı rejimin nümayəndələrinə narazılıq ifadə edir "və təkəbbürsüz. Sülh istəyirsizsə, heç bir təkəbbür olmamalıdır."
Sarkisyan da danışıqlar prosesində iştirak edir. O bildirir ki, guya onlar üçün əsas məsələ qoşunların uzaqlaşdırılması, müşahidəçilərin rolu və tapşırıqlarının razılaşdırılmasıdır. Ərazilərin boşaldılmasına gəldikdə - bu dövlət və hökümət başçılarının işidir.
Azərbaycanlı nümayəndənin cavabı onu sübut edir ki, Azərbaycan torpaqlarının azad edilməsi məsələsini heç bir vaxt "başdan etmək" və ya yaxşı vaxta qədər ertələmək mümkün olmayacaq.
"Onlar Azərbaycanın zəbt olunmuş ərazilərini boşaltmaq istəyirlərsə, o zaman qoşunları hansı məsafədə uzaqlaşdırılması məsələsinin nə mənası var? 18 fevralda imzalanmış protokolda Azərbaycan ərazilərinin iyunun 1-ə kimi boşaldılmasının vacibliyi vurğulanır. Bu - əsas məsələ necə olsun?"
Videodan hiss olunur ki, ermənilər danışıqlara rusların adamı kimi gəliblər, Rusiya Azərbaycana ordu yerləşdirmək üçün onlardan istifadə edir.
Çünki ermənilər təhlükəsizlik qarantiyası kimi Rusiya sülhməramlı qoşunlarının Qarabağa yerləşdirilməsinin tərəfdarıdır. Aradan 22 il keçməsinə baxmayaraq ermənilər hələ də bu fikirdədir. Çünki "4 günlük müharibə"dən sonra rəsmi İrəvan bəyan etdi ki, Dağlıq Qarabağ ətrafındakı rayonları bir şərtlə qaytararıq ki, təhlükəsizlik qarantiyası verilsin. Dolayısı ilə Ermənistan tərəfi sülhməramlılar barədə çağırış edir. Sirr deyil ki, Ermənistanın siyasi elitasının məqsədi də budur.
Hər dəfə Qarabağda Azərbaycan ordusu uğurlu əməliyyatlara başlayan zaman ermənilər sülhməramlılar məsələsini ortaya atır. 1994-cü il may danışıqlarında da bu məsələ gündəmdə olub. Lakin Azərbaycan tərəfi buna qəti şəkildə etiraz edib. Belə ki, P.Qraçevin sülhməramlı qoşunlarla bağlı israr etsə də, Məmmədrəfi Məmmədovun Bakıya gözlənilməz səfəri ilə bu baş tutmayıb.
Bütün bunlara baxmayaraq 1994-cü ilin may ayında atəkşəs barədə razılıq əldə olundu. Qısa müddətə baş tutan uğurlu Horadiz əməliyyatının qarşısı alındı və 23 il sükut çökdü. Yalnız aprel ayının əvvəllərində ordumuz düşmənə cavab verərkən yenidən irəlilədi, amma yenə də Rusiyanın canfəşanlığı nəticəsində əməliyyat dayandırıldı və danışıqlar başladı... Yenə 23 il gözləyəcəyik? Artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından rədd olmaqdan başqa şansı yoxdur.
[video=
|