İran ordusu yenidən ballistik raketlərinin sınağını keçirib. 

Unikal.org axar.az-a istinadən bildirir ki, bunu jurnalistlərə açıqlamasında İran Baş Qərargah rəisinin müavini, briqada generalı Əli Abdullahi söyləyib. 
 
Onun sözlərinə görə, sınağı keçirilən raketlər iki min kilometrdəki hədəfləri məhv etmək qabiliyyətinə sahibdirlər. 
 
Sınaq iki həftə əvvəl baş tutub.