Tovuzda dava zamanı bir nəfər boyun nahiyəsinin kəsilmiş yarası xəsarəti alıb.
Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, xəsarət alan rayonun Aşağı Quşçu kəndi sakini, 1990-cı il təvəllüdlü İsmayılov Aydın Hüseyn oğlubir qrup şəxs tərəfindən xəstəxanaya çatdırılıb. Həmin şəxslər tibb işçilərinə hədə-qorxu gələrək, onlara xəsarət yetirməyə çalışıblar.
Əraziyə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.