Somalinin paytaxtı Moqadişo şəhərində partlayış baş verib.
Unikal.org-un RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident ölkə parlamentinin yaxınlığında qeydə alınıb.
İlkin məlumata əsasən, minalanmış avtomobilin partladılması nəticəsində azı 5 nəfər ölüb, yaralananlar var. Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qeyd edək ki, "Əl Qaidə qruplaşması ilə əlaqəli olan "Əş-Şəbab Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.