Əfqanıstanda baş verən partlayış nəticəsində 3 nəfər ölüb, azı 9 nəfər yaralanıb.

Unikal.org-un "İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə Herat şəhərində, məscidin girişində baş verib.
İlkin məlumata əsasən, məscidə hücum edən iki terrorçu-kamikadzelərdən biri üzərindəki partlayıcı qurğunu işə salıb, digəri mühafizəçilər tərəfindən məhv edilib.
Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb.