"Yanğında xəsarət alan və ölənlər sırasında Azərbaycan vətəndaşlarının olub-olmaması araşdırılır".

Bu barədə Unikal.org-a Azərbaycan XİN-dən bildirilib. Məlumata görə, Azərbaycanın Rusiya Federasiyasındakı Səfirliyi və Fövqəladə hallar Nazirliyinin Böhran vəziyyətlərində idarəetmə mərkəzi Rusiya Federasiyasının müvafiq qurumları ilə təmasdadır. Əlavə məlumat olduğu təqdirdə KİV-ə bildiriləcək.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Unikal.org-a bildirib ki, Rusiya Federasiyası Fövqəladə hallar Nazirliyinin Kemerovo vilayəti üzrə bölməsindən Azərbaycan Respublikasının Rusiyadakı Səfirliyinə verilən ilkin məlumata görə, ticarət mərkəzində yanğında ölən və yaralananlar arasına Azərbaycan Respublikası vətəndaşlarının olması faktı qeydə alınmayıb.