Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğında 64 nəfər ölüb.
Unikal.org "ria-novosti"-yə istinadən xəbər verir ki, bunu Rusiyanın fövqəladə hallar naziri Vladimir Puçkov deyib. Nazir bunun son rəqəm olduğunu bildirib.
Onun sözlərinə görə, xəsarət alanların sayı 50 nəfərdən çoxdur.