Avropa İttifaqı (Aİ) "Google" şirkətinin bazarda dominant mövqeyindən narahatdır və şirkətin daha kiçik hissələrə bölünməsi istisna edilmir.
Unikal.org trend-ə istinadən bildirir ki, bu barədə rəqabət üzrə avrokomissar Marqret Vestaqer bəyan edib.
Komissar bildirib ki, Aİ şirkətin axtarış xidməti sahəsində dominantlığını sübut edib və aşkar edilib ki, "Google" bu sahədəki üstünlüyündən öz rəqiblərinə ziyan vurmaq üçün istifadə edir:
"Hesab edirəm ki, şirkətin bölünməsi məsələsi gündəmdə saxlanılmalıdır".
Son 2-3 ildə Aİ "Google" şirkətinə bununla bağlı bir neçə dəfə irad tutub. Ötən il isə şirkət axtarış sistemi bazarındakı üstün mövqeyindən istifadə edərək internetdə məhsulların axtarışı zamanı "Google Shopping"in xidmətlərini önə çıxardığı üçün 2,42 milyard avro dəyərində cərimə edilib.