Rusiya prezidenti Vladimir Putin ticarət mərkəzində baş verən yanğında yaralananları xəstəxanada ziyarət edib.
Unikal.org Rusiya KİV-nə istinadən xəbər verir ki, dövlət başçısı yanğın zamanı özünü binanın dördüncü mərtəbəsindən atan 18 yaşlı İvanla söhbətləşib.
Zərərçəkən özünü yaxşı hiss etdiyini bildirib. Onun sözlərinə görə, yanğın baş verən zaman ticarət mərkəzində atası ilə birgə olub. İvan bildirib ki, ilk dəqiqələrdə baş verənlərin ciddiyyətinə inanmayıblar, həyəcan siqnalının təlim məqsədi daşıdığını düşünüblər.
Qeyd edək ki, son rəqəmlərə görə, yanğında 64 nəfər ölüb, 14 nəfər isə hələ də xəstəxanadadır.