Azərbaycanda 10 aprel tarixində hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı açıqlanıb.

Unikal.org-un məlumatına görə, hərraca çıxarılan nəqliyyat vasitələri dövlət orqanlarına məxsusdur.

10- cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitəsinin 13.02.2018-ci il tarixində keçirilmiş hərracının nəticəsi ləğv olduğu üçün təkrar olaraq hərraca çıxarılıb.

Qeyd edək ki, sifarişlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Zeynal Xəlil küçəsi 11) və yaxud e-emdk.gov .az elektron portalı vasitəsilə hərracın keçirilməsinə ən gec 3 (üç) bank günü qalanadək qəbul olunacaqdır: Nəqliyyat vasitələri barədə ətraflı məlumatı privatization.az portalından almaq olar. Hərracda iştirak etmək üçün (elektron sifariş verənlər istisna olaraq) hərracın keçirilməsinə ən azı 3 bank günü qalanadək aşağıdakı sənədlər təqdim olunmalıdır:

Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd (Hüquqi şəxslər üçün:notarial qaydada təsdiq olunmuş qeydiyyat şəhadətnaməsi,nizamnaməsi və VÖİN)
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. (10% məbləğində beh Mərkəzi Bankda - AZ65NABZ01361150000000004944 nömrəli hesablaşma hesabına ödənilməlidir)
tel:566-07-44