Son günlər mətbuat orqanlarında Azərbaycanda nəzir qutularına nəzarətlə bağlı məqalələr dərc edilir. Məsələdə adı hallanan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin mövzuya münasibəti çox sərt olub: "Deyirlər, nəzir qutularına nəzarət edirəm və sair. Yalandır. O qutularla mənim nə işim var?

Mövzunun aktuallığını nəzərə alaraq Unikal.org məscidlərdə nəzir qutularına "göz dikən" oğruların statistikasını araşdırıb. Məlum olub ki, bu ili çıxmaq şərti ilə, son 8 ildə Azərbaycanda 30-a yaxın məscid, ziyarətgah, sinaqoqda oğurluq hadisəsi baş verib və nəticədə 25-dən çox insan saxlanılıb.

2009-2017-ci illər ərzində Azərbaycanın Hacıqabul, Balakən, Lənkəran, Masallı, Quba, Zaqatala o cümlədən Bakının Xəzər, Nəsimi, Qaradağ rayonlarında yerləşən müxtəlif dini məbədlərdə oğurluq hadisəsi baş verib. Oğurluq hadisələri nəticəsində məscid, ziyarətdah, sinaqoqlarda qurulan nəzir qutuları oğurlanıb. Bununla belə, məscidlərdə yas mərasimləri üçün istifadə olunan əşyalara da "göz dikən oğrular həbs edilib.

2016- 2017-ci ildə 13 məsciddə oğurluq olub...

2017-ci ildə Balakəndə 5 məsciddə - Qazma, Qabaqçöl, Mahamalar, Kortala, Meşəşambul və Şambul kənd məscidlərində nəzir qutularını oğurlayan 4 nəfər saxlanılıb.

2017-ci il tarixində Quba məscidində və müxtəlif yerlərdən oğurluq edən 6 nəfər tutulub. Onlar iyunun 27-də Qubanın mərkəzində yerləşən məscidin nəzir qutusundan da oğurluq ediblər. 2016-2017-ci ildə Masallı rayonunda 6 məsciddən oğurluq edən şəxs də yaxalanıb. O, Dəmirçi kənd məscidindən yas mərasimləri üçün istifadə olunan 4 mis qazan, Qızılavar kəndində yerləşən məsciddən 4 qazan, Ərkivan qəsəbəsində yerləşən Bağlaküçə məscidindən isə səsgücləndirici və iki sellofan paket pambıq oğurlayıb.

Sonuncu oğurluq hadisəsini isə "Şahsəfi məscidində nəzir qutusunda edib. 2016-cı il tarixində Zaqatala rayonunun Muxax kəndində yerləşən Cümə məscidində nəzir qutusundan 200 manat pul oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən kənd sakini tutulub. 

2009-2015-ci ildə 15 nəfər tutulub-¦ 

2015 -ci il tarixində Masallı şəhər məscidi və rayonun Sığdaş kənd məscidində nəzir qutusu oğurlanıb. Nəticədə 3 nəfər saxlanılıb. Sözügedən ildə Lənkəran şəhəri Böyük Bazar məscidində nəzir qutusunu oğurlayan 2 nəfər tutulub. 

02.01.2013-cü il Qobustan qəsəbəsinin ərazisindəki məscidin nəzir qutusundan 67 manatı oğurlamağa cəhd göstərmiş 2 nəfər tutulub. 

29.12.2011-cu il tarixində Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 29-da Şüvalan qəsəbəsindəki məsciddə nəzir qutusundan oğurluğa cəhd göstərmiş Biləsuvar rayon sakini tutulub. 

31.01.2011-ci il tarixində Lənkəranda məscidlərdən oğurluq edən 3 nəfər tutulub. Onlar rayonun "Hüseyniyyə" məscidi, "Baba Rəhman" ziyarətgahı, Aşağı Nüvədi qəsəbəsindəki məscidin qarşısında nəzir qutusunu oğurlamaları müəyyən edilib. 

2009-cu il iyunun 28-də saat 00.45 radələrində Nəsimi rayon R.Rza küçəsindəki senaqoqda 2 ədəd nəzir qutusu sındırılaraq içərisindəki pul oğurlanıb. Nəticədə bir nəfər həbs edilib. 19 fevral 2009-cu il tarixində Binə qəsəbəsində yerləşən "İmam Rza məscidinin nəzir qutusundakı qıfılı sındırılaraq pul oğurlanıb. Nəticədə 3 nəfər saxlanılıb.

Qeyd edək ki, 2009-2017-ci illər ərzində xeyriyyə məqsədi üçün özəl təşkilatların qarşısına qoyulmuş nəzir qutularından da oğurluq edilib. Bu hadisələr Bakıda qeydə alınıb. Nəticədə 10-dan çox "yardım qutusu oğurlanıb.

Xatırladaq ki, statistika hüquq-mühafizə orqanlarının rəsmi məlumatına istinadən araşdırılıb.

Orxan Həsənli